26 Fevral 1992 - Хоcаlı
XOCALI FACİƏSİ - tarixdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri!
XOCALI FACİƏSİ - Xatın və Sonqmi qətliamlarının Azərbaycanda daha geniş və dəhşətli təkrarı!
XOCALI FACİƏSİ - Qarabağı öz əllərində saxlamaqla Azərbaycanı diz çökdurmək istəyən Rusiyanın 366-cı motoatıcı alayının və "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycana və azarbaycanlılara düşmən kəsilmiş erməni/hay faşistlərinin birgə törətdiyi dəhşətli soyqırım!
XOCALI FACİƏSİ - bütöv bir şəhərin yer üzündən vəhşicəsinə silinməsi, onun bütün sakinlərinin: "günah"ı yalnız türk olaraq doğulmasından ibarət minlərcə insanın ucdantutma qətlə yetirilməsi, yurdundan didərgin salınması!
XOCALI FACİƏSİ - bəşəriyyət tarixinin ən qanlı terrorlarından biri - minlərcə suçsuz qoca, körpə və qadının ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi!..
XOCALI FACİƏSİ - XX yüzil tarixində silinməz xəcalət səhifəsi, özünü "mədəni" adlandıran çağdaş vandalların neçə minillik aborigenlərə qarşı Avropa və Amerikanın gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin tükürpədici örnəyi!
XOCALI FACİƏSİ - Azərbaycan xalqını düşmənlərinə qarşı həmişə ayıq-sayıq olmağa, qisası yerdə qoymamağa çağıran xəbərdarlıq zəngi!
"Qara" arayış
613 insan öldürülüb, bunlardan 106 qadın və 83 - uşaq
(bu rəsmi Azərbaycan mənbələrinin məlumatlarıdır, amma erməni mənbələrində bunların sayı minlərlə göstərilir. >>> http://karabakh-doc.azerall.info/hisday/armyanstvo7.htm , http://karabakh-doc.azerall.info/hisday/armyanstvo8.htm )
1275 insan əsir götürülüb və 150 insan itkin düşüb
(bizə məlum olan məlumata görə bu insanların bir çoxlarının bədən üzvlərini "Avropa bazarına" çıxarıblar. >>> http://karabakh-doc.azerall.info/ru/articls/artc033.htm )
487 insan şikəst olmuş, onlardan 76-sı həddi-buluğa çatmamışlardır
8 ailə tamamilə məhv edilmişdir
25 uşaq hər iki valideyinini itirmişdir
130 uşaq bir valideyinini itirmişdir
56 insan işgəncə ilə öldürülmüşdür
Xocalı şəhəri xarabalığa çevrilib yer üzündən silinmişdir.
Biz vəhşilikləri bağışlamarıq, Allah da bağışlamaz!
http://karabakh-doc.azerall.info/